Azərbaycanda 117 min kişi iş axtarır

Azərbaycanda 117 min kişi
18 İyun 2025 10:27

2025-ci il iyunun 1-nə olan məlumata əsasən, ölkədə 229,9 min nəfər rəsmi işsiz kimi qeydiyyata alınıb. Bu şəxslərin yarıdan çoxunu kişilər təşkil edir.

Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə hazırda 117,5 min nəfər kişi, yəni işsizlərin 51,1%-i, hələ də iş tapa bilməyib. Qadınlar isə ümumi işsizlər içində 112,4 min nəfərlə (48,9 %) təmsil olunur.

Rəsmi qeydiyyatda olan işsizlər arasında işsizlikdən sığorta ödənişi alanların orta aylıq məbləği 435 manat təşkil edir. Bu isə real yaşayış xərclərini tam ödəməyə yetmədiyi üçün işsizlər üçün ciddi sosial yük yaradır.

MONETAR.AZ


Oxşar xəbərlər