Azərbaycan nefti 74 dollara, təbii qazı isə 320 dollara ixrac olunub 

Azərbaycan nefti 74 dollara,
19 İyun 2025 11:41

Bu ilin I rübündə Azərbaycan neftinin və qazının dünya bazarına satış qiymətləri açıqlanıb. Azərbaycan Mərkəzi Bankının (AMB) verdiyi məlumata görə, “Azeri Light” markalı neftin 1 barelinin orta ixrac qiyməti 74 ABŞ dolları, təbii qazın 1 000 kubmetrinin orta ixrac qiyməti isə 320 ABŞ dolları təşkil edib.

AMB-nin Statistika departamentinin direktoru Samir Nəsirovun bildirdiyinə görə,\ 2025-ci ilin ilk üç ayı ərzində neft-qaz sektoru üzrə cari əməliyyatlar balansında 3,8 milyard ABŞ dolları həcmində profisit qeydə alınıb. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 5,6 % artım deməkdir.

Bununla yanaşı, qeyri-neft-qaz sektoru üzrə kəsir isə 2,7 milyard dollar təşkil edib ki, bu da illik müqayisədə 42,1 % artımla müşahidə olunur.

MONETAR.AZ


Oxşar xəbərlər