Xarici ticarətdə yenidən müsbət saldo

Xarici ticarətdə
19 İyun 2025 08:31

Azərbaycanın xarici ticarət dövriyyəsi bu ilin 5 ayında 20 milyard 966 milyon ABŞ dolları təşkil edib.

Bu barədə Dövlət Gömrük Komitəsinin açıqladığı rəsmi statistika məlumatlarında bildirilib.

Rəqəmlərə əsasən, 11 milyard 1 milyon dollar dəyərində məhsul ixrac olunub, bu isə ümumi ticarət dövriyyəsinin 52,47 faizini əhatə edir.

İdxalın həcmi isə 9 milyard 964 milyon dollar təşkil edib və dövriyyənin 47,53 faizi kimi qeydə alınıb.

Xarici ticarət saldosu müsbət olub – ixrac idxalı üstələdiyi üçün  1 milyard 36 milyon dollarlıq müsbət saldo yaranıb.

Xatırladaq ki, yanvar-aprel aylarında xarici ticarət 71 milyon dollar mənfi saldo yaranmışdı.

MONETAR.AZ


Oxşar xəbərlər