İqtisadi böhran: Bu ölkələr sürətlə geriləyir

Beynəlxalq Valyuta Fondu (IMF) tərəfindən açıqlanan yeni proqnoza əsasən, Cənubi Sudan bu il dünyada ən zəif iqtisadiyyaya malik ölkə olacaq. Ölkədə neft ixracının dayanması, hiperinflyasiya və siyasi qeyri-sabitlik -4.31% iqtisadi tənəzzül ilə nəticələnib.
Siyahıda Ekvatorial Qvineya (-4,2 %) və Venesuela (-4 %) da ilk üçlükdə yer alıb.
Gözlənilməz şəkildə Almaniya (-0.05%), Avstriya (-0.26%), İtaliya (0.44%), Fransa (0.64%) və İsveçrə (0.88%) kimi inkişaf etmiş ölkələr də zəif iqtisadi artım proqnozu ilə siyahıya düşüb.
İnflyasiyanın yüksəlməsi, demoqrafik problemlər və məhsuldarlıq çatışmazlığı bu ölkələrdə iqtisadi durğunluğa səbəb olub.
Ən Zəif 5 İqtisadiyyat (2025 proqnozuna əsasən):
-
Cənubi Sudan -4.31%
-
Ekvatorial Qvineya -4.20%
-
Venesuela -4.00%
-
İraq -1.50%
-
Yəmən -1.50%
MONETAR.AZ