Fond bazarlarında qarışıq vəziyyət

19 İyun 2025
09:26
Dünyanın fond bazarlarında qarışıq vəziyyət yaranıb.
Nasdaq indeksi 25,18 bənd artaraq 19 546,27 bəndə yüksəlib. S&P 500 isə cüzi, 1,85 bəndlik azalma ilə 5 980,87 səviyyəsində qərarlaşıb.
Yaponiyanın Nikkei indeksi 194,77 bənd enərək 38 577,95, Türkiyənin BIST 100 indeksi isə 143,46 bənd geriləmə ilə 9 196,13 səviyyəsində olub.
Nasdaqın yüksəlməsi, əsasən süni intellekt və texnoloji şirkətlərin, xüsusilə yarımkeçirici sektorunun müsbət gəlir proqnozları ilə bağlıdır.
Nikkei və BIST-də eniş investorlarda regional qeyri-müəyyənlik və valyuta riskləri ilə əlaqələndirilir.
Avropa indekslərində (DAX, CAC 40) sabitlik müşahidə olunsa da, təhlükəsizlik və enerji xərcləri investor gözləntilərini zəiflədir.
MONETAR.AZ