Qlobal bazarlar İsrail–İran gərginliyinin təsirində

Orta Şərqdə artan hərbi qarşıdurmalar fonunda qlobal maliyyə bazarlarında risklər yüksəlməkdə davam edir. İran və İsrail arasında silahlı münaqişə enerji qiymətlərində kəskin artıma, səhm bazarlarında isə enişə səbəb olub.
Geosiyasi risklərə həssas olan səhm bazarlarında satış təzyiqi güclənib.
Dow Jones indeksi təxminən 300 bənd və ya 0,7 % azalaraq 42.215,80 səviyyəsinə geriləyib. S&P 500 0,84 %, Nasdaq isə 0,91 % itki ilə ticarəti tamamlayıb. İnvestorların diqqəti ABŞ Federal Ehtiyat Sisteminin (Fed) FOMC iclasına yönəlib. Bazar iştirakçıları bu dəfə faiz dərəcələrinin sabit saxlanılacağını böyük ehtimalla qəbul edir.
Yaxın Şərqdəki qeyri-müəyyənliklər Avropa birjalarında da neqativ əhval-ruhiyyəyə səbəb olub. Stoxx Europe 600 0,85 % azalaraq 542,26 bəndə düşüb.
-
Almaniya DAX 40 1,12%,
-
Fransa CAC 40 0,76%,
-
İtaliya FTSE MIB 30 isə 1,36% dəyər itirib.
-
Britaniya FTSE 100 indeksi də 0,46% enişlə 8.834,03 bənd olub.
Geosiyasi qeyri-müəyyənliklər fonunda dolların möhkəmlənməsi davam edir.
EUR/USD məzənnəsi 0,32% azalma ilə 1,152 səviyyəsində ticarət olunub.
MONETAR.AZ