Qızıl ucuzlaşdı gümüş bahalaşdı

Qızıl ucuzlaşdı
16 İyun 2025 11:54

COMEX əmtəə birjasında qiymətli metallar üzrə ticarət nəticələrinə görə qızılın bir troya unsiyası (31,1 qram) üzrə avqust fyuçerslərinin qiyməti 0,18% azalaraq 3 446,5 ABŞ dollarına enib.

Əvəzində gümüş fyuçersləri üzrə qiymətlərdə cüzi artım qeydə alınıb. Belə ki, iyul ayı üzrə fyuçerslərin dəyəri 0,12% artaraq 36,4 ABŞ dolları səviyyəsinə çatıb.

MONETAR.AZ


Oxşar xəbərlər