Yaxın Şərqdəki gərginlik qazın qiymətlərini artırmaqdadır

Qlobal qaz bazarında qiymətlər son 3 ayın maksimum səviyyəsinə çatıb. Artımın əsas səbəbi İsrail və İran arasında artan hərbi gərginlikdir.
Monetar.az xəbər verir ki, iyul fyuçerslərinin qiyməti 2,21% artaraq 1 000 kubmetr üçün 471 dollara yüksəlib. Bu səviyyə ən son 4 aprel 2025-ci ildə qeydə alınmışdı.
Artımın əsas səbəbi İsrailin İrana qarşı son hava zərbələri və bölgədə müharibə riskinin yüksəlməsi olub. İ
Beynəlxalq birja oyunçuları Hörmüz boğazında mümkün ticarət axınının pozulmasından ehtiyatlanır. Bu boğaz - dünya üzrə maye qaz və neft tədarükü üçün kritik əhəmiyyətə malikdir. Hazırda fiziki tədarük pozulmasa da Avropada anbarların doldurulması dövründə baş verə biləcək hər hansı fasilə bazarda təzyiqi artırır.
Bundan əlavə, İsrailin Cənubi Pars qaz yatağına endirdiyi dron hücumu nəticəsində zavodda güclü yanğın və bir dəniz platformasında (gündəlik 12 milyon kubmetr hasilat) hasilatın dayandırılması baş verib.