Gözlər Amerikada - Bu gün faiz qərarı açıqlanacaq

ABŞ Federal Ehtiyat Sistemi (Fed) bu gün Bakı vaxtı ilə saat 21:00-da faiz qərarını açıqlayacaq. Gözləntilərə görə faiz dərəcəsi 4,25–4,50 aralığında sabit saxlanılacaq. İclasdan sonra Fed sədri Jerom Pauellin mətbuat konfransı ilə yanaşı, gələcək proqnozlarını əks etdirənqrafik dərc açıqlanacaq.
Qərar öncəsi beynəlxalq maliyyə bazarlarında ehtiyatlılıq müşahidə olunur. ABŞ-ın İsrailin İrana mümkün hücumuna dəstək verəcəyi ilə bağlı narahatlıqlar investorlar arasında risklərin artmasına səbəb olub. S&P 500 və Nasdaq indeksləri enişlə bağlanıb, enerji bazarında isə neft qiymətləri yüksəlməkdə davam edir.
Mütəxəssislər hesab edirlər ki, Fed-in bu dəfə də sərt mövqe nümayiş etdirməsi ehtimalı var. Lakin bəzi analitiklər Pauellin geosiyasi gərginlik və siyasi təzyiqləri nəzərə alaraq daha ehtiyatlı ritorikaya üstünlük verəcəyini düşünür.
MONETAR.AZ