Bu həftə şənbə günü də işdir

Azərbaycanda 2025-ci il iyunun 21-i şənbə gününə təsadüf etməsinə baxmayaraq, rəsmi iş günü elan olunub. Bu barədə qərar Nazirlər Kabinetinin Sədri Əli Əsədov tərəfindən imzalanıb.
Qərara əsasən, iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 27 iyun tarixinin iş günü ilə 21 iyun tarixinin yerləri dəyişdirilib. Beləliklə, vətəndaşlar 21 iyun şənbə günü işləyəcək, əvəzində 27 iyun cümə günü istirahət edəcəklər.
Bu dəyişiklik ölkədə rəsmi olaraq qeyd olunan 26 iyun – Silahlı Qüvvələr Günü ilə əlaqədar olaraq tətbiq edilib. Bunun nəticəsində vətəndaşlar ardıcıl olaraq 26, 27, 28 (şənbə) və 29 (bazar) iyun tarixlərində dörd günlük qeyri-iş günlərindən faydalana biləcəklər.
Qeyd edək ki, bu cür dəyişikliklər qanunvericiliyə uyğun olaraq ildə bir neçə dəfə tətbiq edilir və məqsəd bayram günlərində istirahət və iş günləri arasında uyğunluğun təmin olunmasıdır.
MONETAR.AZ