Lirə dəyərdən düşür - 1 dollar 40 lirəyə çatmaq üzrədir

Lirə dəyərdən düşür -
3 İyul 2025 09:06

Valyuta bazarlarında ABŞ dolları türk lirəsi qarşısında mövqeyini daha da möhkəmləndirib.

USD/TRY məzənnəsi 0,09 vahid artaraq 39,9199 səviyyəsinə yüksəlib.

İlin əvvəlindən bu yana dollar lirə qarşısında ümumilikdə 4,56 vahid güclənib.

Digər valyutalar üzrə də qarışıq dinamika müşahidə olunur. USD/EUR məzənnəsi sabit qalaraq 1,1790 səviyyəsində qalsa da, USD/JPY 0,24 vahid artaraq 143,81 bəndə yüksəlib.

Qeyd edək ki, yapon yeni qarşısında dollar hələ də illik ifadədə 13,39 vahid dəyər itirib. Ekspertlər bildirirlər ki, FED və TCMB-nin növbəti pul-kredit siyasəti qərarları bazarlara birbaşa təsir göstərəcək.

MONETAR.AZ


Oxşar xəbərlər