Qlobal enerji və logistika bazarlarını sarsıdan Yaxın Şərq münaqişəsi Avropanın pul-kredit siyasətində də məcburi dönüşə səbəb olub. Avropa Mərkəzi Bankı (AMB) bugün keçirdiyi iclasda hər üç əsas faiz dərəcəsini 25 baza bəndi artırmaq qərarına gəlib. Bu addımla tənzimləyici qurum artan enerji xərclərinin diktə etdiyi inflyasiya təzyiqlərinə qarşı reaktiv müdafiə mövqeyi naldığını nümayiş etdirir.
AMB-nin qəbul etdiyi 25 baza bəndlik artım rəsmən tətbiq olunur. Bu addım Yaxın Şərqdəki gərginliyin müxtəlif inkişaf ssenarilərində riskləri sığortalamaq məqsədi daşıyır.
Avropa iqtisadiyyatı hazırda klassik "stagflyasiya" (iqtisadi durğunluq fonunda yüksək inflyasiya) təhlükəsi ilə üz-üzədir. İdarə Heyəti faiz trayektoriyası ilə bağlı əvvəlcədən heç bir öhdəlik götürməyərək "hər iclasda fərdi qiymətləndirmə" (meeting-by-meeting) prinsipinə keçib. Bu o deməkdir ki, Avropanın gələcək iqtisadi taleyi tamamilə Yaxın Şərqdəki enerji şokunun müddəti və miqyasından asılı olacaq.