İsveçrənin qlobal maliyyə nəhəngi UBS-in dərc etdiyi son analitik hesabata görə, özəl investisiyalar (private equity, özəl kredit, infrastruktur) üzrə məlumat və analitika bazarının həcmi 2030-cu ilə qədər 35 milyard ABŞ dollarına çata bilər. Bu sürətli böyümənin arxasında özəl aktivlər sektorundakı kapital artımı, həmçinin şəffaflıq, hesabatlılıq və mürəkkəb analitik həllərə olan tələbatın yüksəlməsi dayanır.
Hesabatda qeyd olunur ki, 2025-ci ildə özəl investisiyalar bazarında idarə olunan aktivlərin (AUM) həcmi təxminən 15 trilyon dollar təşkil etdiyi halda, növbəti beş il ərzində bu rəqəm ikiqat artaraq 30 trilyon dolları ötə bilər.
Ənənəvi olaraq qapalı və şəffaf olmayan özəl investisiyalar (Private Markets) bazarı artıq qloballaşır və institusionallaşır. Bu sənayenin ən sürətlə böyüyən istiqamətləri olaraq indekslər və müqayisə göstəriciləri, özəl kredit analitikası və portfel monitorinqi həlləri olacaq. İnvestorlar üçün buradakı əsas takeaway (əsas nəticə) odur ki, qlobal iqtisadiyyatda faiz dərəcələrinin və makroiqtisadi qeyri-müəyyənliyin dəyişdiyi bir dövrdə, riskləri düzgün qiymətləndirmək üçün məlumata sahib olan "Morningstar" və "S&P Global" kimi şirkətlər sənayenin "qızıl axtarışı" dövründə "bel və kürək" satan ən təhlükəsiz biznes modellərinə çevrilirlər.
MONETAR.AZ