Dövlət İmtahan Mərkəzi (DİM) 21 iyun 2026-cı il tarixində rezidenturaya qəbul imtahanının birinci mərhələsini (baza fənləri üzrə biliklərin qiymətləndirilməsi, ikinci cəhd) keçirəcək.
İmtahan binasına buraxılış rejimi saat 09:45-də başa çatır. Bu vaxtdan sonra gələn namizədlər binaya buraxılmayacaq və imtahana buraxılış vərəqəsində yazılan vaxta ciddi riayət edilməlidir.
-
İmtahanın başlanma vaxtı: 10:00
-
Davam etmə müddəti: 2 saat 30 dəqiqə
-
Zəruri sənədlər (mütləq gətirilməlidir):
-
Şəxsiyyəti təsdiq edən sənədin əsli.
-
DİM-in saytından çap olunmuş “İmtahana buraxılış vərəqəsi”.
-
İmtahanda iştirak etmək üçün 2141 namizəd qeydiyyatdan keçib. Onlardan 1626 nəfər Azərbaycan, 515 nəfər isə rus bölməsi üzrə imtahan verəcək. Ərizə verənlərin 899 nəfəri oğlan, 1242 nəfər qızdır. 332 nəfər cari ilin, 1023 nəfər əvvəlki illərin məzunudur. 786 nəfər isə növbəti illərdə məzun olacaq. 29 nəfər xarici ölkə vətəndaşıdır.
İmtahanın şəffaf və təhlükəsiz keçirilməsi üçün DİM tərəfindən 6 ümumi imtahan rəhbəri, 14 imtahan rəhbəri, 113 nəzarətçi, 17 mühafizə əməkdaşı və 6 bina nümayəndəsi ayrılıb.
Mobil telefonlar, rabitə vasitələri, elektron cihazlar, kalkulyatorlar, hər növ elektron məlumat daşıyıcıları, çantalar, kitab, dəftər, konspekt, lüğət və digər yardımçı vəsaitlər. İştirakçılardan buraxılış rejiminin ləngiməməsi üçün bu əşyaları imtahan binasına gətirməmələri xahiş olunur.