2026-cı ilin yanvar-may aylarında elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda əsas məhsul növləri üzrə istehsalda dəyişikliklər qeydə alınıb.
Hesabat dövründə elektrik enerjisi istehsalı 10 486,6 milyon kVt/saat təşkil edib və əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,6 faiz azalıb. Əmtəəlik elektrik enerjisi istehsalı isə 2 faiz azalaraq 10 179,1 milyon kVt/saata düşüb.
İstilik elektrik stansiyalarında istehsal 6,7 faiz azalaraq 8 019,9 milyon kVt/saat olub. Su elektrik stansiyalarında istehsal 4,1 faiz azalıb və 1 444,5 milyon kVt/saat təşkil edib.
Külək elektrik stansiyalarında istehsal əvvəlki ilin eyni dövrü ilə müqayisədə 66,8 dəfə artıb. Günəş elektrik stansiyalarında isə istehsal 1,2 faiz azalma ilə 182 milyon kVt/saat olub.
Biokütlə və tullantıların yandırılması ilə işləyən stansiyalarda elektrik istehsalı isə əksinə, 6,7 faiz artaraq 105,3 milyon kVt/saata yüksəlib.
Su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda suyun təmizlənməsi və bölüşdürülməsi 5 faiz artaraq 247,3 milyon kub metrə çatıb.