Azərbaycanda enerji və kommunal sektorunda istehsal 1,8 milyard manatı keçib

Azərbaycanda enerji və kommunal sektorunda

2026-cı ilin yanvar–may aylarında Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, eləcə də su təchizatı, tullantıların təmizlənməsi və emalı sahələrində məhsul buraxılışının həcmi açıqlanıb.

Məlumata görə, hesabat dövründə enerji sektorunda məhsul istehsalı 1 milyard 572,6 milyon manat təşkil edib.

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sahəsində göstərici əvvəlki ilin eyni dövrü ilə müqayisədə sabit qiymətlərlə 2,2 faiz azalıb.

Su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə yanvar–may aylarında məhsul buraxılışı 259,2 milyon manat təşkil edib. Bu sahədə istehsal həcmi əvvəlki ilin müvafiq dövrünə nisbətən 100,1 faiz səviyyəsində qeydə alınıb.

Beləliklə, iki sektor üzrə ümumi məhsul buraxılışı təxminən 1,83 milyard manat təşkil edib.

MONETAR.AZ