Aprelin 1-i və 8-də Bakı Hərrac Mərkəzi MMC-də ləğv prosesində olan bir sıra bankların əmlaklarının satışı üzrə hərraclar keçiriləcək. Bu barədə bankların ləğvedicisi olan Əmanətlərin Sığortalanması Fondu məlumat yayıb.
Aprelin 1-də yalnız Muğan Bank-a məxsus əmlaklar satışa çıxarılacaq. Bunlara 33 min manat dəyərində Toyota Camry və 5 min manat dəyərində Fiat Doblo markalı avtomobillər daxildir.
Aprelin 8-də isə daha geniş siyahı üzrə hərrac keçiriləcək. Satışa çıxarılan əmlaklar aşağıdakılardır:
-
NBC Bank-a məxsus:
-
Bakı şəhəri, Azadlıq prospekti 81 ünvanında 263 kv.m qeyri-yaşayış sahəsi (500 min manat)
-
281,2 kv.m qeyri-yaşayış sahəsi (2,3 milyon manat)
-
Nərimanov rayonu, İsmayıl Hidayətzadə küçəsində 140,8 kv.m sahə (240 min manat)
-
-
Günay Bank-a məxsus:
-
7,5 min manatlıq Seat Ibiza avtomobili
-
Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsində 270,6 kv.m sahə (800 min manat)
-
-
Yunayted Kredit Bank-a məxsus:
-
Xaçmaz rayonu, Şimali qəsəbəsində 107,6 kv.m fərdi yaşayış evi (50 min manat)
-
-
AtaBank-a məxsus:
-
Şirvan şəhərində 314,7 kv.m qeyri-yaşayış binası (430 min manat)
-
Şamaxı şəhərində 279,3 kv.m qeyri-yaşayış binası (490 min manat)
-
-
AGBank-a məxsus:
-
Xətai rayonunda 142,2 kv.m sahə (220 min manat)
-
Sumqayıtda 36 kv.m sahə (55 min manat)
-
-
Atra Bank-a məxsus:
-
Bakı şəhəri, Qara Qarayev prospektində 436,2 kv.m sahə (1,6 milyon manat)
-
-
Kredo Bank-a məxsus:
-
Quba şəhərində 82,1 və 55 kv.m sahələr (120 min manat)
-
-
Gəncə Bank-a məxsus:
-
Gəncə şəhərində 42 kv.m fərdi yaşayış sahəsi (55 min manat)
-
-
Dəmir Bank-a məxsus:
-
İmişli şəhərində 542,31 kv.m qeyri-yaşayış binası (400 min manat)
-
Bakı şəhəri, Səbail rayonunda 120 kv.m sahə (220 min manat)
-