Bankların filialları artıb, şöbələri və işçiləri azalıb

Bankların filialları artıb,

Azərbaycanın maliyyə bazarında bankların fəaliyyəti barədə son məlumatlar açıqlanıb. Mərkəzi Bankın göstəricilərinə əsasən, ölkədə 22 bank fəaliyyət göstərir. Onlardan 2-si dövlət bankı, 20-si isə özəl bankdır. Özəl bankların 9-u xarici kapitallıdır, onların 5-də nizamnamə kapitalının 50%-dən 100%-ə qədər hissəsi xarici investorlara məxsusdur. Xarici bankların yerli filiallarının sayı isə 1 olaraq qalır.

Ötən ilin sonundan bu ilin yanvarın sonunadək bank sektorunda heç bir yeni lisenziya verilməyib və heç bir bankın lisenziyası ləğv edilməyib.

Bankların filiallarının sayı yanvar ayında 502-dən 504-ə yüksəlib. Bank şöbələrinin sayı isə 87-dən 85-ə azalıb. Ölkə üzrə ATM-lərin sayı 3486-dan 3498-ə çatıb.

Bank sektorunda çalışan işçi sayı isə 27 389-dan 27 235-ə azalıb. 

MONETAR.AZ