Biznes kreditləri azalır, istehlak kreditləri artır

Biznes kreditləri azalır,

2026-cı ilin yanvar ayı üzrə Azərbaycan bank sektorunda maraqlı dəyişikliklər müşahidə olunur. Ümumi kredit portfeli 29,98 milyard manat səviyyəsindədir və bu, 2025-ci ilin sonu ilə müqayisədə cüzi azalma – təxminən 83 milyon manatlıq geriləmə deməkdir. Lakin bu ümumi rəqəmin arxasında kreditlərin daxili strukturunda əhəmiyyətli dəyişikliklər baş verir.

Biznes kreditləri yanvar ayında16,11 milyard manatdan 15,95 milyard manata düşüb. Bu, sahibkarların yeni investisiyalardan daha çox mövcud borcların ödənilməsinə üstünlük verdiyini ortaya qoyur. Eyni zamanda, istehlak kreditləri 9,35 milyard manatdan 9,43 milyard manata yüksəlib ki, bu da vətəndaşların kreditlərə müraciətinin artdığını göstərir. İpoteka kreditlərində isə demək olar ki, dəyişiklik yoxdur və 4,60 milyard manat səviyyəsində stabillik qorunub.

Bank sektorunun ümumi aktivləri 56,9 milyard manat civarında sabit qalıb. Bununla belə, xarici valyutada kreditlərin həcmi 4,24 milyard manatdan 4,13 milyard manata azalıb.

MONETAR.AZ