2026-cı ilin yanvar ayının 31-nə ölkədə xarici valyutada kreditlərin orta illik faiz dərəcəsi 5,81 % təşkil edib. Regionlar üzrə faiz dərəcələri isə müxtəlifdir.
Azərbaycan Mərkəzi Bankının məlumatına görə, ən yüksək kredit faizləri Naxçıvan iqtisadi rayonunda qeydə alınıb - 9,09 %. Lənkəran-Astara regionunda isə faiz dərəcəsi 8,21 % səviyyəsindədir. Digər regionlarda da faiz dərəcələri fərqli olub: Mil-Muğan 7,22 %, Şirvan-Salyan 7,13 %, Dağlıq Şirvan 7,07 % və Şəki-Zaqatala 7,02 %. Ən aşağı faiz dərəcələri isə Gəncə-Daşkəsən iqtisadi rayonunda – 5,11 % və Bakı iqtisadi rayonunda – 5,78 % təşkil edir. Bu, həmin regionlarda kredit bazarının daha rəqabətli olduğunu və sahibkarlara maliyyə resurslarının daha əlçatan olduğunu göstərir.
Regionlar üzrə xarici valyutada götürülmüş kreditlərin faiz dərəcələri:
- Naxçıvan iqtisadi rayonu — 9,09 %
- Lənkəran-Astara iqtisadi rayonu — 8,21 %
- Mil-Muğan iqtisadi rayonu — 7,22 %
- Şirvan-Salyan iqtisadi rayonu — 7,13 %
- Dağlıq Şirvan iqtisadi rayonu — 7,07 %
- Şəki-Zaqatala iqtisadi rayonu — 7,02 %
- Qarabağ iqtisadi rayonu — 6,79 %
- Quba-Xaçmaz iqtisadi rayonu — 6,79 %
- Mərkəzi Aran iqtisadi rayonu — 6,83 %
- Abşeron-Xızı iqtisadi rayonu — 6,31 %
- Qazax-Tovuz iqtisadi rayonu — 5,98 %
- Bakı iqtisadi rayonu — 5,78 %
- Şərqi Zəngəzur iqtisadi rayonu — 5,81 %
- Gəncə-Daşkəsən iqtisadi rayonu — 5,11 %
Regionlar arasında faiz dərəcələrinin fərqliliyi maliyyə bazarının inkişaf səviyyəsinin müxtəlifliyindən və regional iqtisadi şəraitdən irəli gəlir.
MONETAR.AZ