Rusiya Mərkəzi Bankı mayın 13-nə xarici valyutaların rəsmi məzənnələrini açıqlayıb.
Məlumata görə, ABŞ dollarının rəsmi məzənnəsi əvvəlki göstərici ilə müqayisədə 51 qəpik azalaraq 73,7878 rubl təşkil edib. Beləliklə, dolların məzənnəsi 2023-cü ildən bəri ilk dəfə 74 rubldan aşağı düşüb.
Avronun rəsmi məzənnəsi də ucuzlaşıb. Avropa valyutası 1,17 rubl dəyər itirərək 87,3791 rubl səviyyəsində müəyyən olunub.
Çin yuanının məzənnəsi isə 7,84 qəpik azalaraq 10,8522 rubl təşkil edib.
MONETAR.AZ