Ekvador Kolumbiyadan idxala olan tarifləri 50 faizə qaldırır

Ekvador Kolumbiyadan idxala olan tarifləri

Ekvador hökuməti Kolumbiyadan idxala tətbiq olunan tarifləri 30%-dən 50%-ə yüksəldəcək. Yeni tariflər 1 martdan qüvvəyə minəcək. Bu barədə Bloomberg hökumətin mətn bildirişinə istinadən xəbər verir.

Prezident Daniel Noboa hökuməti bildirib ki, Kolumbiya tərəfi sərhəd təhlükəsizliyi ilə bağlı konkret və effektiv tədbirlər görməyib. Bu isə Ekvadoru suveren tədbirlər görməyə və “təhlükəsizlik rüsumu” adlandırılan gömrük rüsumlarını artırmağa məcbur edib. Bu barədə cümə axşamı ticarət nazirliyi məlumat yayıb.

Qərar, Kolumbiya prezidenti Qustavo Petronun hökumətinin bu həftənin əvvəlində Ekvadordan idxal olunan 60-dan çox məhsula 30%-lik cavab tarifləri tətbiq etməsindən sonra qəbul olunub və bu addım iki qonşu ölkə arasında ticarət mübahisəsini daha da kəskinləşdirib.

 

MONETAR.AZ