İsveçdə sabit faiz dərəcəsi ilə hesablanan İstehlak Qiymətləri İndeksi (CPIF) avqust ayında illik ifadədə 0,7% artıb.
Ölkənin Statistika İdarəsinin bazar ertəsi açıqladığı ilkin məlumatlara görə, göstərici analitiklərin gözləntilərindən aşağı olub. İqtisadçılar avqust ayında CPIF üzrə illik inflyasiyanın 1%-ə çatacağını proqnozlaşdırırdılar.
Faiz dərəcələrindəki dəyişikliklərin ev təsərrüfatlarının ipoteka kreditləri üzrə xərclərinə təsirini nəzərə almayan CPIF indeksi İsveçdə pul-kredit siyasəti baxımından əsas inflyasiya göstəricisi hesab olunur.
MONETAR.AZ