2026-cı ilin yanvar-iyul aylarında Azərbaycanın xarici ticarət dövriyyəsi 30 milyard 17,4 milyon ABŞ dolları təşkil edib.
Monetar.az Dövlət Statistika Komitəsinin məlumatına istinadən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 6,9% artıb.
Hesabat dövründə ixracın dəyəri illik müqayisədə 39,1% artaraq 20 milyard 136,7 milyon dollara çatıb. Qeyri-neft-qaz ixracında isə daha yüksək artım qeydə alınıb. Bu sahə üzrə ixrac 2,8 dəfə artaraq 5 milyard 933,2 milyon dollar təşkil edib.
Yanvar-iyul aylarında Azərbaycanın idxalının dəyəri isə 27,4% azalaraq 9 milyard 880,7 milyon dollara düşüb.
Beləliklə, ilin ilk yeddi ayında ölkənin xarici ticarət balansında 10 milyard 256 milyon dollarlıq müsbət saldo yaranıb.