2026-cı il sentyabrın 1-nə Azərbaycanın xarici dövlət borcu 4 milyard 559,5 milyon ABŞ dolları təşkil edib.
Dövlət Statistika Komitəsinin məlumatına görə, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 7,8% azalıb.
Beləliklə, ölkənin xarici dövlət borcu əvvəlki ilin eyni dövrü ilə müqayisədə 385 milyon dollardan çox azalıb. Bu dinamika 2026-cı il ərzində xarici dövlət borcunun azalma tendensiyasının davam etdiyini göstərir. Məsələn, iyulun 1-nə borcun həcmi 4 milyard 616,8 milyon dollar, avqustun 1-nə isə 4 milyard 590,8 milyon dollar olub.