2026-cı ilin yanvar-avqust aylarında Azərbaycanda 87 milyard 709,5 milyon manatlıq ümumi daxili məhsul (ÜDM) istehsal edilib.
Dövlət Statistika Komitəsinin məlumatına görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 1,2% artıb.
Hesabat dövründə neft-qaz sektorunda 26 milyard 181,9 milyon manatlıq ÜDM istehsal olunub. Bu, illik müqayisədə 0,8% azalma deməkdir.
Qeyri-neft-qaz sektorunda isə ÜDM istehsalı 61 milyard 527,6 milyon manat təşkil edib. Bu sahədə illik artım 2,1% olub.