Son statistika göstərir ki, 2025–2026-cı illərdə müddətli depozitlər üzrə faiz dərəcələri həm aylara, həm də illik baxımdan əhəmiyyətli dərəcədə dəyişilib Bank sektorunda əmanətçilərin marağı xüsusilə uzunmüddətli və milli valyutada depozitlərə yönəlmişdir.
2025-ci ilin yanvarında manatla müddətli depozitlərin orta faizi 8,75% təşkil edirdi. Hüquqi şəxslər üçün faizlər 6,80%, fiziki şəxslər üçün isə 9,74% olmuşdu. Aylara görə analiz göstərir ki, qısa müddətli (1 ay) depozitlərdə faizlər daha aşağı (6,39%), uzunmüddətli (5 il və artıq) depozitlərdə isə 8,62% civarında idi.
2026-cı ilin yanvarında isə manatla depozitlərin orta faizi 9,42%-ə yüksəlib. Fiziki şəxslər üçün faiz 10,22%-ə, hüquqi şəxslər üçün 7,17%-ə çatıb. Aylara görə dəyişikliklər göstərir ki, qısa müddətli depozitlər üzrə faizlər 5,69–8,01% aralığında, 5 il və daha uzun müddətə qoyulan depozitlərdə isə 9,19% səviyyəsindədir.
Xarici valyutada depozit faizləri isə daha stabildir. 2025-ci ildə orta faiz 3 % civarında olub, 2026-cı ilin yanvarında isə 3,15%-ə yüksəlib. Uzunmüddətli xarici valyuta depozitləri üçün faizlər isə 4,21%-dən 2,83%-ə qədər dəyişmişdir. Bu, valyuta bazarında tələb-təklif və risk faktorlarının təsirini əks etdirir.
Ekspertlər bildirirlər ki, manatla müddətli depozitlərin faizlərinin yüksəlməsi əmanətçilər üçün əlavə stimuldur və uzunmüddətli likvidlik üçün banklara daha sabit resurs təmin edir. Xarici valyutada isə faizlərin sabitliyi əmanətçilərin risk qiymətləndirməsinə və bazar stabilizasiyasına xidmət edir.
MONETAR.AZ