Türkiyə Cümhuriyyəti Mərkəzi Bankının (TCMB) açıqladığı son rəsmi hesabat ölkənin maliyyə bazarlarında və ehtiyatlarında ciddi dalğalanmaların baş verdiyini nümayiş etdirir. Məlumata əsasən, 22 may 2026-cı il tarixinə Türkiyənin ümumi valyuta ehtiyatları kəskin azalaraq 54.22 milyard dollar səviyyəsinə düşüb.
Bu rəqəm cəmi bir həftə əvvəl qeydə alınmış 61.23 milyard dollarlıq göstərici ilə müqayisədə təxminən 7 milyard dollarlıq bir itki deməkdir və ölkənin valyuta ehtiyatlarını 2021-ci ilin iyun ayından bəri ən aşağı səviyyəyə — təxminən son 5 ilin minimumuna yuvarlayıb.
Maliyyə analitiklərinin və rəsmi hesabatların təhlili göstərir ki, ehtiyatların bu dərəcədə sürətlə əriməsi may ayının sonunda Mərkəzi Bankın bazara milyardlarla dollar həcmində kütləvi xarici valyuta satışı həyata keçirməsi (intervensiya) ilə birbaşa bağlıdır.
Mərkəzi Bankın məcburi valyuta satışına əl atmasının arxasında isə ölkədə yaşanan kəskin daxili siyasi hadisələr dayanır.
TCMB isə milli valyutanın məzənnəsini qorumaq və bazardakı çaxnaşmanı yatırmaq üçün öz rezervlərindən istifadə edərək dollar satmağa məcbur qalıb.
Valyuta ehtiyatlarının bu dərəcədə aşağı limitlərə enməsi Türkiyə iqtisadiyyatının qlobal və regional şoklara qarşı müqavimətini zəiflədir. Analitiklər xəbərdarlıq edirlər ki, ehtiyatların azalması ölkənin xarici borclarını ödəmə qabiliyyətinə dair risk primini (CDS - Credit Default Swap) artıra və Mərkəzi Bankın gələcəkdə valyuta bazarına mümkün müdaxilə rıçaqlarını ciddi şəkildə məhdudlaşdıra bilər.
MONETAR.AZ