Bakı Fond Birjası (BFB) 2026-cı ilin yanvar-may ayları üzrə investisiya şirkətlərinin dövlət istiqrazları (Maliyyə Nazirliyinin qiymətli kağızları) üzrə dövriyyə renkinqini açıqlayıb. Ümumi birja dövriyyəsində "ABB İnvest" mütləq dominant olsa da, dövlət borclonma alətlərinin yerləşdirilməsi və təkrar bazarında ənənəvi lider "PAŞA Kapital" mövqeyini qoruyub.
Siyahıdakı 13 investisiya şirkətindən cəmi 7-si dövlət istiqrazları bazarında əməliyyat aparıb. Bazarın ümumi dövriyyəsi 1 416 796 576 AZN təşkil edib. Bu həcmin 86,4%-i təkbaşına iki şirkətin – "PAŞA Kapital" (43,27%) və "ABB İnvest"in (43,10%) payına düşür. Aralarındakı fərq cəmi 2,4 milyon manatdır.
Ümumi birja dövriyyəsində və əməliyyat sayında milyardlıq həcmlərlə ilk dördlükdə yer alan "Unicapital" ASC 5 ay ərzində dövlət istiqrazları bazarında sıfır göstərici nümayiş etdirib. Şirkət bu seqmentdə heç bir əməliyyat icra etməyib.
Əməliyyat sayına görə ölkə ikincisi olan "Troni", eləcə də "Capital Partners", "Xalq Kapital", "MFX Trading" və "CFI Financial" dövlət istiqrazları bazarında tam fəaliyyətsiz olublar. Bu, Maliyyə Nazirliyinin istiqrazlarının pərakəndə (fərdi) investorlar üçün hələ də cəlbedici olmadığını və ya investisiya şirkətlərinin bu aktivləri kütləyə sata bilmədiyini göstərir.
Korporativ seqmentə fokuslanan "CPM-İnvest" 158,6 milyon manatlıq dövlət istiqrazı dövriyyəsi ilə bazarın 11,2%-ni əldə edərək iridaxili institusional mövqeyini burada da qoruyub.
MONETAR.AZ