Xarici valyutada kreditləri ən çox bu bölgələrdə götürürlər

Xarici valyutada kreditləri

2026-cı ilin yanvar ayının 31-nə olan vəziyyətə əsasən, ölkədə sərbəst dönərli valyutada (xarici valyutada) kredit qoyuluşlarının ümumi həcmi 4,241 milyard manat təşkil edib. Mərkəzi Bankının məlumatına görə, kredit portfelinin böyük hissəsi Bakı iqtisadi rayonuna aiddir - burada 4,09 milyard manatlıq kredit qoyuluşu həyata keçirilib.

Digər regionlarda kredit qoyuluşlarının həcmi aşağıdakı kimidir: 

Regionlar üzrə xarici valyutada götürülmüş kreditlər

  1. Bakı iqtisadi rayonu — 4,09 milyard manat
  2. Şəki-Zaqatala iqtisadi rayonu — 58,83 milyon manat
  3. Abşeron-Xızı iqtisadi rayonu — 41,60 milyon manat
  4. Gəncə-Daşkəsən iqtisadi rayonu — 14,08 milyon manat
  5. Şirvan-Salyan iqtisadi rayonu — 11,77 milyon manat
  6. Şərqi Zəngəzur iqtisadi rayonu — 8,86 milyon manat
  7. Quba-Xaçmaz iqtisadi rayonu — 9,00 milyon manat
  8. Mərkəzi Aran iqtisadi rayonu — 3,96 milyon manat
  9. Qazax-Tovuz iqtisadi rayonu — 3,52 milyon manat
  10. Lənkəran-Astara iqtisadi rayonu — 0,55 milyon manat
  11. Qarabağ iqtisadi rayonu — 0,44 milyon manat
  12. Naxçıvan iqtisadi rayonu — 0,22 milyon manat
  13. Mil-Muğan iqtisadi rayonu — 0,05 milyon manat

Mərkəzi Bankın məlumatında kredit qoyuluşlarının regionlar üzrə fərqli səviyyədə olması ölkənin iqtisadi inkişafının müxtəlifliyi ilə əlaqələndirilir. Bakı regionunun kredit portfelinin həcminə görə ölkənin digər bölgələrini xeyli qabaqlaması paytaxtın iqtisadi aktivliyinin yüksək olmasından xəbər verir.

MONETAR.AZ