Bazar ertəsi ABŞ-da güclü fırtınalar səbəbindən 8 mindən çox aviareys ya gecikdirilib, ya da ləğv olunub. Pis hava şəraiti əsasən ölkənin şərq sahilində yerləşən hava limanlarını və digər böyük aviasiya qovşaqlarını əhatə edib.
Federal Aviation Administration bir sıra hava limanlarında uçuşlara məhdudiyyət tətbiq edib. Xüsusilə Ronald Reagan Washington National Airport və Charlotte Douglas International Airport hava limanlarında uçuşlara müvəqqəti qadağa qoyulub.
Bundan əlavə, hava şəraiti ilə əlaqədar olaraq aşağıdakı böyük hava limanlarında reyslər gecikdirilib:
LaGuardia Hava Limanı
Corc Buş Qitələrarası Hava Limanı
Nyuark Liberti Beynəlxalq Hava Limanı
Con F. Kennedi Beynəlxalq Hava Limanı
ABŞ hökuməti güclü külək və şiddətli ildırımlı fırtına riski səbəbindən federal qurumların əməkdaşlarına bazar ertəsi günü ofisləri Bakı vaxtı ilə saat 22:00-dək tərk etməyi tapşırıb.
Eyni zamanda güclü qış fırtınası ABŞ-ın Orta Qərb bölgəsində və Great Lakes ətrafındakı ştatlarda da hava nəqliyyatının fəaliyyətini ciddi şəkildə pozub.
MONETAR.AZ