AvtoVAZ Lada Niva modelini qar-bataqlıq avtomobilinə çevirəcək

AvtoVAZ Lada Niva modelini qar-bataqlıq

AvtoVAZ şirkəti kommersiya nəqliyyat vasitələrini ayrıca “Lada Business” adlı biznes istiqaməti altında birləşdirəcəyini açıqlayıb. Bu istiqamət yüngül kommersiya avtomobilləri seqmentinin inkişafına fokuslanacaq.

Yeni struktur çərçivəsində həm Lada markasının öz modelləri, həm tərəfdaş məhsulları təqdim olunacaq. Şirkətin mətbuat xidmətinin məlumatına görə, modellər sırasında Lada Niva platforması əsasında hazırlanmış unikal qar-bataqlıq avtomobili yer alacaq. Lakin bu model barədə ətraflı məlumat hələ açıqlanmayıb.

Lada Business” xəttinə həmçinin VIS-Avto tərəfindən istehsal olunan xüsusi versiyalar daxil ediləcək. Bunlara Granta Niva Legend modelləri bazasında platformalı furqon tipli avtomobillər, eləcə qəza-xilasetmə yanğınsöndürmə texnikası daxildir.

Bundan başqa, müştərilərə Promtex şirkətinin xüsusi nəqliyyat vasitələri təklif olunacaq. Bu siyahıya soyuduculu furqonlar, 7 kubmetrədək həcmli yük maşınları, məhdud hərəkət imkanlı şəxslər üçün uyğunlaşdırılmış avtomobillər, səyyar mağazalar tibbi xidmət avtomobilləri daxil olmaqla 50-dən çox variant daxildir.

Yeni xəttə həmçinin Lada Largus furqonu onun metanla işləyən versiyaları, eləcə Lada Vesta modelinin metan variantları daxil ediləcək. Şirkət yaxın gələcəkdə yeni SKM modellərinin bu portfelə inteqrasiya olunacağını bildirib.

Bundan əlavə, Lada diler mərkəzlərində “Lada Business” brendi üçün ayrıca bölmələr yaradılacaq.