ADY yağışlı və küləkli hava ilə bağlı tədbirlər görür

ADY yağışlı və küləkli hava ilə bağlı

Azərbaycan Dəmir Yolları (ADY) ölkə ərazisində müşahidə olunan yağışlı və küləkli hava şəraitinin yarada biləcəyi çətinliklərin qarşısının alınması məqsədilə müvafiq tədbirlər həyata keçirir.

ADY-dən bildirilib ki, hazırda qurumun əməkdaşları dəmir yolu ərazilərində nəzarəti davam etdirir. Qatarlar müəyyən edilmiş qrafik üzrə hərəkət edir.

Qeyd olunub ki, yağışlı və küləkli hava şəraitində görmə məsafəsi məhdudlaşa, yer səthi isə sürüşkən ola bilər. Bu səbəbdən sərnişinlər platformalarda hərəkət edərkən və dəmiryol keçidlərindən istifadə zamanı diqqətli olmağa çağırılır.