Azərbaycandan diri heyvan ixracı ilk 8 ayda xeyli artıb

Azərbaycandan diri heyvan ixracı ilk 8 ayda

Azərbaycan bu ilin yanvar-avqust aylarında 12 milyon 743,74 min dollar dəyərində diri heyvan ixrac edib.

AZƏRTAC xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin (DGK) yaydığı məlumatda deyilir.

Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 38,3 dəfə və ya 12 milyon 410,87 min dollar çoxdur.

Hesabat dövründə ölkəyə 51 milyon 369,92 min dollar dəyərində diri heyvan idxal edilib. Bu isə illik müqayisədə 2,1 dəfə və ya 55 milyon 416,8 min dollar azalma deməkdir.

Yanvar-avqust aylarında diri heyvan ixracının Azərbaycanın ümumi ixracındakı payı 0,06 faiz, idxalın ümumi idxaldakı payı isə 0,45 faiz təşkil edib.