Dünyanın ən təhlükəsiz 9 avtomobili 

Dünyanın ən təhlükəsiz

Avtomobil seçərkən təhlükəsizlik alıcılar üçün əsas meyarlardan biridir. Araşdırmalara görə, təkcə ABŞ-da hər il təxminən 40 min insan yol qəzalarında həyatını itirir. Buna görə də Consumer Reports kimi qurumlar avtomobilləri ciddi testlərdən keçirərək onların təhlükəsizlik səviyyəsini qiymətləndirir.

2025-ci ilin nəticələrinə əsasən, siyahıda əsasən Yapon və Cənubi Koreya istehsalı avtomobillər üstünlük təşkil edir. Maraqlıdır ki, bu modellərin böyük hissəsi hibrid və ya elektrik mühərrikli avtomobillərdir.

BMW X5 2025-ci ilin ən təhlükəsiz Avropa avtomobili hesab olunur. Bu model SUV praktikliyi ilə yüksək idarəetmə qabiliyyətini birləşdirir. Ekspertlər onun səssiz salonunu, standart təhlükəsizlik sistemlərini və rahatlığını xüsusi qeyd edir.

Hyundai Tucson Hybrid geniş salonu və sabit idarəetməsi ilə seçilir. Təhlükəli vəziyyətlərdə yol tutuşunu yaxşı saxlaması onun əsas üstünlüklərindəndir.

Toyota Camry isə sadə idarəetmə sistemi və tam ötürücü ilə təhlükəsiz sürüş təmin edir. Xüsusilə pis hava şəraitində etibarlılığı ilə fərqlənir.

Hyundai Santa Fe Hybrid güclü əyləc sistemi və üç sıralı geniş salonu ilə ailə avtomobili kimi həm təhlükəsiz, həm də praktik seçimdir.

Toyota Crown yüksək oturacaq mövqeyi sayəsində sürücüyə daha yaxşı baxış bucağı verir. Bu isə sürüş zamanı riskləri azaltmağa kömək edir.

Honda Civic Hybrid isə idarəetmənin sadəliyi və “kor zona” xəbərdarlıq sistemi ilə sürücünün diqqətini yolda saxlamağa kömək edir.

Hyundai Ioniq 6 sakit və stabil sürüşü ilə seçilir. Ekspertlər onun intuitiv idarəetməsini və təhlükəsizlik texnologiyalarını yüksək qiymətləndirir.

Genesis GV60 isə ən yaxşı elektrik avtomobillərindən biri hesab olunur. Onun hamar hərəkəti və inkişaf etmiş təhlükəsizlik sistemləri xüsusi vurğulanır.

Acura Integra idman xarakterli olsa da yüksək təhlükəsizlik göstəriciləri ilə seçilir. Əyləc testlərində göstərdiyi nəticələr və idarəetmə qabiliyyəti sürücüyə həm rahatlıq, həm də güvən verir.

2025-ci ilin ən təhlükəsiz avtomobilləri göstərir ki, müasir texnologiyalar, xüsusilə hibrid və elektrik sistemləri, təhlükəsizlik səviyyəsini ciddi şəkildə artırır. Avtomatik əyləc, kor zona nəzarəti və ağıllı xəbərdarlıq sistemləri artıq standart hal alır.

Bu tendensiya gələcəkdə avtomobil sənayesində təhlükəsizliyin daha da ön plana çıxacağını göstərir.

MONETAR.AZ