Üzeyir Hacıbəyov küçəsində hərəkət zolaqları artırılıb

Üzeyir Hacıbəyov küçəsində

Üzeyir Hacıbəyov küçəsinin Kövkəb Səfərəliyeva küçəsi ilə kəsişməsinədək olan hissəsində hərəkət zolaqlarının sayı artırılıb. Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

Qeyd edilib ki, bununla zolaqların sayı 5-ə çatdırılıb. Belədə həmin hissədə yolun buraxıcılıq qabiliyyəti artırılıb.

Nəzərə çatdərılıb ki, vətəndaşların müraciətləri əsasında bu yol sahəsində hərəkət optimallaşdırılıb.