Rusiya benzin ixracını iyulun sonuna qədər qadağan edib

Rusiya benzin ixracını iyulun sonuna qədər

Rusiya hökuməti benzin istehsalçıları üçün ixrac qadağası tətbiq edib. Reuters-in məlumatına görə, məhdudiyyət iyul ayının sonuna qədər qüvvədə olacaq.

Rəsmi açıqlamada bildirilir ki, qərar yaz əkin kampaniyası dövründə artan mövsümi tələbat fonunda daxili bazarda yanacaq təminatını sabit saxlamaq, həmçinin dünya üzrə neft qiymətlərinin yüksəlməsinin təsirlərini yumşaltmaq məqsədi daşıyır.

Qadağa bütün ölkələrə şamil edilmir. Monqolustan kimi Rusiya ilə hökumətlərarası yanacaq tədarükü sazişi olan dövlətlər bu məhdudiyyətdən istisna edilir.

Qeyd edək ki, ötən il Rusiyanın bəzi regionlarında neft emalı zavodlarına hücumlar və mövsümi tələbatın artması fonunda benzin qıtlığı müşahidə olunmuşdu.

Rusiya daha əvvəl də daxili bazarda qiymət artımını cilovlamaq və çatışmazlığın qarşısını almaq üçün benzin və dizel ixracına məhdudiyyətlər tətbiq edib.

Sənaye mənbələrinin məlumatına görə, ötən il ölkə təxminən 5 milyon metrik ton benzin ixrac edib ki, bu da gündəlik təxminən 117 min barelə bərabərdir.

MONETAR.AZ