Korean Air 2026–2039-cu illər ərzində Boeing şirkətindən 103 təyyarə almağı planlaşdırdığını açıqlayıb.
Şirkətin təqdim etdiyi rəsmi məlumatlara əsasən, sifarişə aşağıdakılar daxildir:
- 20 ədəd B777-9,
- 25 ədəd B787-10,
- 50 ədəd B737-10,
- 8 ədəd yük təyyarəsi B777-8F.
Bu alışların ümumi dəyəri 2025-ci ilin kataloq qiymətləri ilə təxminən 36,2 milyard ABŞ dolları təşkil edir.
Bundan əlavə, Korean Air təyyarə mühərriklərinin alınmasına da sərmayə yatıracaq. Şirkət bu məqsədlə təxminən 728 milyon dollar xərcləməyi planlaşdırır və General Electric ilə CFM International şirkətlərindən ümumilikdə 21 mühərrik alacaq.
Bu addım aviaşirkətin donanmasını yeniləmək və uzunmüddətli inkişaf strategiyasını gücləndirmək məqsədi daşıyır.
MONETAR.AZ