Qazaxıstanda məşhur Changan modelinin istehsalına başlanacaq

Qazaxıstanda məşhur Changan modelinin

Astana Motors zavodunda Eado Plus modelinin buraxılışı üçün hazırlıqlar görülür. Qazaxıstanda yerləşən Astana Motors Manufacturing Kazakhstan müəssisəsində yaxın vaxtlarda bu sedanın seriyalı istehsalına start veriləcək. Avtomobil artıq yerli nəqliyyat vasitəsi üçün tip təsdiqini də alıb.

Modelin uzunluğu 4730 mm, təkər bazası isə 2700 mm təşkil edir. Sedanı 1,5 litrlik mühərrik hərəkətə gətirir; mühərrik 103 at gücü və 145 Nm fırlanma anı hasil edir.

Avtomobilin təchizatına virtual cihaz paneli, sensor ekranlı multimedia sistemi, oturacaqların və sükanın qızdırılması, klimat-kontrol, park sensorları və elektrikli lyuk daxildir.

Qazaxıstan bazarında lokal versiyanın nə vaxt satışa çıxacağı və qiyməti açıqlanmayıb. Eyni zamanda, avtomobilin Rusiya bazarına da tədarük olunması ehtimalı var ki, bu da logistika xərclərini azalda bilər, lakin bu barədə rəsmi təsdiq yoxdur.

MONETAR.AZ