Statista tərəfindən hazırlanan araşdırmaya görə, dünyada yerli qatar istifadə vərdişləri ölkədən ölkəyə kəskin fərqlənir.
Avropada İsveçrə bu sahədə liderdir – əhalinin 68 %-i son 12 ayda ən azı bir dəfə yerli qatarla səyahət edib. Böyük Britaniya, Avstriya və Niderland kimi ölkələrdə də bu göstərici yarıdan çoxdur.
Asiyada da yüksək nəticələr qeydə alınıb: Hindistanda 57 %, Yaponiyada 56 %, Cənubi Koreyada isə 48 % insan qatar xidmətlərindən istifadə edib. Avstraliyada bu rəqəm 46% təşkil edir.
Fransa, Filippin və Səudiyyə Ərəbistanında göstərici təxminən 33 % civarındadır. ABŞ-da isə yalnız 16% insan son bir ildə yerli qatarla səyahət etdiyini bildirib. Eyni göstərici Braziliyada da qeydə alınıb.
Ən aşağı nəticə Kolumbiyaya aiddir – cəmi 9%. Mütəxəssislər bunu ictimai nəqliyyat infrastrukturunun zəifliyi ilə izah edirlər.
Nəticələr göstərir ki, şəhərləşmə və inkişaf etmiş dəmir yolu şəbəkəsi olan ölkələrdə qatar istifadəsi daha geniş yayılıb.
MONETAR.AZ