2026-cı ilin yanvar–aprel ayları üzrə emal sənayesinin statistik göstəriciləri ölkənin qeyri-neft sektorunda inkişafın bərabər paylanmadığını və sahələr üzrə ciddi struktur fərqlərin formalaşdığını göstərir. Bəzi sahələrdə yüksək artım tempi qeydə alındığı halda, xüsusilə yüksək texnoloji və istehsal yönümlü sənayelərdə azalma müşahidə olunur. Bu dinamika emal sənayesinin ümumi inkişaf trayektoriyasını və iqtisadi strukturun hansı istiqamətə dəyişdiyini aydın şəkildə ortaya qoyur.
Artım qeydə alınan sahələr
- Avtomobil, qoşqu və yarımqoşqu istehsalı — +177.2%
- Maşın və avadanlıqların quraşdırılması və təmiri — +45.0%
- Əczaçılıq məhsulları — +34.3%
- Toxuculuq sənayesi — +31.7%
- Elektrik avadanlıqları — +29.3%
- Poliqrafiya məhsulları — +28.9%
- Tütün məmulatları — +24.2%
- Qida məhsulları — +9.3%
- Metallurgiya sənayesi — +9.6%
- Tikinti materialları — +8.6%
- Neft məhsulları — +0.3%
- Maşın və avadanlıqların istehsalı — −74.5%
- Kompüter, elektron və optik məhsullar — −40.0%
- Hazır metal məmulatları — −17.9%
- Ağac emalı — −17.6%
- Kimya sənayesi — −9.8%
Sənaye statistikası göstərir ki, artım əsasən yığım, montaj və xidmət yönümlü sahələrdə, azalma isə real istehsal və yüksək texnoloji sənaye sahələrində qeydə alınıb.
MONETAR.AZ