Rusiya-Ukrayna münaqişəsinin nizamlanması istiqamətində danışıqlarda irəliləyiş əldə olunacağına dair gözləntilər dünya taxıl bazarına da təsir göstərib. Qara dəniz regionundan taxıl tədarükünün sərbəstləşə biləcəyi ehtimalları fonunda Çikaqo birjasında buğdanın qiyməti 1,11% azalaraq 586,90 dollara düşüb.
Ötən həftə Vaşinqton, Moskva və Kiyev nümayəndələri Əbu-Dabidə danışıqlar aparsalar da, görüşlərdə əhəmiyyətli irəliləyiş əldə olunmayıb. Bununla belə, münaqişənin nizamlanması məsələsinin bu həftə ABŞ, Rusiya və Çin liderlərinin görüşündə müzakirə ediləcəyi gözlənilir.
Bazarda qiymət enişinə səbəb olan əsas amil mümkün razılaşmanın Qara dəniz vasitəsilə taxıl ixracına maneələri azalda biləcəyi və qlobal təklifi artıra biləcəyi ilə bağlı gözləntilərdir.
MONETAR.AZ