Yol qəzalarının statistikası: ən çox hadisə nə vaxt və harada baş verib?

Yol qəzalarının statistikası: ən çox hadisə

2026-cı ilin yanvar-sentyabr aylarında 838 və ya 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 7,4 faiz az yol-nəqliyyat hadisəsi baş vermiş, bu hadisələr nəticəsində zərər çəkən şəxslərin sayı 9,8 faiz azalaraq 1140 nəfər olmuşdur. Onlardan 500 nəfər həlak olmuş, 640 nəfər isə yaralanmışdır. Hadisələrin 41,8 faizi gecə, 40,4 faizi gündüz, 17,8 faizi isə toran vaxtı baş vermişdir. Yol-nəqliyyat hadisələrinin 34,0 faizi həftənin şənbə və bazar günlərinə təsadüf etmişdir.

Yol-nəqliyyat hadisələrinin 82,9 faizi yaşayış məntəqələrində baş vermiş, bu hadisələr nəticəsində həlak olanların sayı ötən ilin müvafiq dövrünə nisbətən 2,3 faiz azalaraq 345 nəfər, yaralananların sayı isə 16,5 faiz azalaraq 591 nəfər olmuşdur.

Bütün yol-nəqliyyat hadisələrinin 42,2 faizi nəqliyyat vasitələrinin və piyadaların, 37,1 faizi bir neçə nəqliyyat vasitəsinin, 20,7 faizi isə bir nəqliyyat vasitəsinin iştirakı ilə baş vermişdir. Yol-nəqliyyat hadisələri nəticəsində həlak olanların 76,8 faizini, yaralananların isə 72,2 faizini kişilər təşkil etmişdir.