“Maeil Business Newspaper” nəşrinin anonim sahə mənbələrinə istinadən yaydığı məlumata görə, Samsung Electronics və Apple DRAM yaddaş mikrosxemlərinin tədarükünə dair çoxillik müqavilə bağlamağa hazırlaşır.
Məlumata əsasən, sazişin müddəti 4-5 il olacaq və gələn ilin birinci yarısından qüvvəyə minəcək.
Razılaşma çərçivəsində DRAM tədarükünün minimum həcmi müəyyənləşdiriləcək, qiymətlər isə mövcud bazar şərtlərinə uyğun formalaşdırılacaq.
Apple bu addımla yaddaş mikrosxemlərinin sabit və uzunmüddətli tədarükünü təmin etməyi hədəfləyir.
Nəşrin məlumatına görə, Apple indiyədək Samsung Electronics ilə uzunmüddətli tədarük müqaviləsi bağlamayan yeganə iri texnologiya şirkəti olaraq qalır.
MONETAR.AZ