Azərbaycanda son illərdə əhalinin gəlir və xərclərinin artım dinamikası dəyişib. 2025-ci ildə əməkhaqqı ödənişləri 9,3%, sahibkarlıq fəaliyyətindən əldə olunan gəlirlər 6,4% artsa da, əhalinin ümumi xərclərində artım 8,1% təşkil edib.
Monetar.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2021–2025-ci illəri əhatə edən statistik göstəricilər əhalinin gəlir mənbələri, istehlak xərcləri və yığımlarında fərqli dinamikanın olduğunu göstərir.
Məlumatlara əsasən, işçilərə əməkhaqqı ödənişləri 2021-ci ildə 6,1%, 2022-ci ildə 21,9%, 2023-cü ildə 14,2%, 2024-cü ildə 9,2%, 2025-ci ildə isə 9,3% artıb.
Sahibkarlıq fəaliyyətindən əldə olunan gəlirlərdə ən yüksək artım 2023-cü ildə qeydə alınıb. Həmin il bu gəlirlər 22,8% yüksəlib. 2025-ci ildə isə artım 6,4% təşkil edib.
Mülkiyyətdən əldə olunan gəlirlər 2021-ci ildə 17,4% azalıb. Sonrakı illərdə artım müşahidə olunsa da, 2024-cü ildə bu göstərici cəmi 0,1% olub. 2025-ci ildə isə 8,8%-ə yüksəlib.
Statistikaya görə, əhalinin ümumi xərcləri 2021-ci ildə 11,1%, 2022-ci ildə 20%, 2023-cü ildə 15%, 2024-cü ildə 6,2%, 2025-ci ildə isə 8,1% artıb.
Son istehlak xərclərində də oxşar dinamika qeydə alınıb. 2025-ci ildə bu xərclərin artımı 8,2% təşkil edib.
Beləliklə, 2025-ci ildə son istehlak xərclərinin artım tempi əməkhaqqı ödənişlərinin artımını 1,1 faiz bəndi üstələyib. Bu fərq əhalinin istehlaka yönəltdiyi vəsaitlərin artımını göstərir.
Gəlir və xərclərlə yanaşı, əhalinin qənaət göstəricisi də diqqət çəkir. 2021-ci ildə qənaət 69,2% azalıb, 2022-ci ildə 47,6% artıb. 2023-cü ildə yenidən 37,7% azalma qeydə alınıb. 2024-cü ildə qənaət 23,6% artdığı halda, 2025-ci ildə artım 4% təşkil edib.