İsveçrə iqtisadiyyatında artım kəskin zəifləyib

İsveçrə iqtisadiyyatında artım kəskin

İsveçrə iqtisadiyyatı 2026-cı ilin üçüncü rübündə əvvəlki rüblə müqayisədə 0,2% artıb. Sənaye sektorundakı müsbət dinamika ümumi iqtisadi artımı dəstəkləsə də, xidmət sahəsində durğunluq müşahidə olunub.

Ölkənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyinin (SECO) noyabrın 16-da açıqladığı ilkin qiymətləndirməyə əsasən, ÜDM-in artımı iqtisadçıların gözləntilərini üstələyib. Belə ki, bazar iştirakçıları əvvəlki rübdə qeydə alınan 1,5%-lik güclü artımdan sonra iqtisadiyyatın kiçiləcəyini proqnozlaşdırırdılar.

Bununla belə, üçüncü rübdə artım tempinin əvvəlki dövrlə müqayisədə xeyli zəifləməsi iqtisadi fəallığın yavaşladığını göstərir. Sənaye sektoru genişlənməsini davam etdirsə də, xidmət sahəsi ümumi nəticəyə əlavə artım gətirməyib.

Qeyd edək ki, ÜDM-in ilkin qiymətləndirilməsi rüb başa çatdıqdan təxminən 45 gün sonra açıqlanır. Göstərici ölkə iqtisadiyyatının cari vəziyyətinə dair ilkin təsəvvür yaradır. Yekun nəticələrin və iqtisadi artımın ayrı-ayrı sektorlar üzrə təfərrüatlarının noyabrın 30-da dərc olunması gözlənilir.

MONETAR.AZ