TikTok xəbər mənbəyinə çevrilir

TikTok xəbər mənbəyinə

ABŞ-da TikTok istifadəçilərinin 53%-i platformadan müntəzəm olaraq xəbər əldə edir. Bu göstərici 2020-ci ildə cəmi 22% təşkil edirdi. Son altı ildə Instagram-da da xəbər istehlakı artaraq 28%-dən 46%-ə yüksəlib.

Monetar.az xəbər verir ki, Statista-nın Pew Research Center-in məlumatları əsasında hazırladığı araşdırmaya görə, Facebook və X platformalarında xəbər istehlakı daha sabit qalıb. Hər iki sosial şəbəkənin istifadəçilərinin 57%-i müntəzəm olaraq xəbərləri həmin platformalardan izləyir.

Digər sosial şəbəkələrdə də xəbər istehlakında artım qeydə alınıb. Nextdoor istifadəçilərinin 45%-i platformadan xəbər əldə edir. 2020-ci ildə bu göstərici 23% olub. YouTube-da isə istifadəçilərin 41%-i müntəzəm xəbər izlədiyini bildirib.

Reddit istifadəçiləri arasında bu göstərici 35%, LinkedIn-də isə 20% təşkil edib. Beləliklə, araşdırma son illərdə TikTok və Instagram-ın yalnız əyləncə və gündəlik paylaşımlar üçün deyil, həm də xəbər mənbəyi kimi mövqeyini gücləndirdiyini göstərir.