Bitcoin ABŞ və İran arasında atəşkəs fonunda 72 min dollara yaxınlaşıb

Bitcoin ABŞ və İran arasında atəşkəs fonunda

Bitcoin bugün kəskin bahalaşaraq kriptovalyuta bazarında artıma liderlik edib. ABŞ və İran arasında iki həftəlik atəşkəs xəbərləri riskli aktivlərə marağı artıraraq bazarda yüksəlişə səbəb olub.

ABŞ-da stablecoinlər üzrə gəlirlilik ödənişlərinin tənzimlənməsi istiqamətində irəliləyiş də kriptobazara əlavə dəstək verib. Bununla belə, rəsmi qanun layihəsinin qəbul olunması hələ də uzaq perspektiv kimi qiymətləndirilir.

Bitcoin 4,7% bahalaşaraq Bakı vaxtı ilə saat 10:27-yə olan məlumata görə 71 835,6 dollar səviyyəsinə yüksəlib.

MONETAR.AZ