Kriptovalyuta bazarı hazırda ən yaxşı dövrlərini yaşamır. Əsas rəqəmsal aktivlər tarixi maksimumlarından xeyli aşağı səviyyədə ticarət olunur və bu, investorları strategiyalarını yenidən nəzərdən keçirməyə məcbur edir. Belə məqamlarda “daha etibarlı hansıdır — Bitcoin, yoxsa Ethereum?” sualı yenidən aktuallaşır.
Təxminlərə əsaslanmamaq üçün Investing.com platformasının WarrenAI adlı ağıllı çat-botuna müraciət edilib. O, hər iki kriptovalyutanın fundamental və texniki göstəricilərini təhlil edib və nəticələr kifayət qədər maraqlı alınıb.
Hansı daha dayanıqlıdır?
Uzunmüddətli dinamikaya baxdıqda Ethereum açıq şəkildə lider görünür: son bir ildə aktiv 36,2% artıb. Bitcoin isə eyni dövrdə 12,9% dəyər itirib.
Lakin daha qısa müddətdə (son 6 ayda) vəziyyət dəyişir. Bu mərhələdə bitkoinin “rəqəmsal qızıl” statusu özünü doğruldur:
- BTC 25,6% düşərək “ayı bazarı”nda daha dayanıqlı olduğunu göstərib;
- ETH isə daha dərin eniş yaşayaraq 35% geriləyib.
WarrenAI-nin nəticəsinə görə, Bitcoin bazar riskləri və panika şəraitində daha sabit olub, Ethereum isə ənənəvi olaraq daha yüksək volatillik nümayiş etdirib.
Fundamental fərq: təhlükəsizlik və texnologiya
Hazırda BTC və ETH arasında seçim onların strukturu və istifadə sahələrindəki fərqlərlə bağlıdır.
Bitcoin:
- Bazar kapitallaşması — 1,38 trilyon dollar;
- Emissiya sərt şəkildə 21 milyon monetlə məhdudlaşdırılıb;
- Bazar payı — 58,5%;
- İnstitusional investorlar üçün əsas aktiv hesab olunur.
Əsas problem isə ondan ibarətdir ki, MicroStrategy istisna olmaqla korporativ tələbat demək olar ki, zəifləyib və bu da bərpa prosesini ləngidir.
Ethereum:
- Bazar kapitallaşması — 255 milyard dollar;
- Daha çevik emissiya modeli;
- DeFi və smart-kontraktlar sahəsində lider mövqe.
ETH-nin real istifadə sahələri daha genişdir və steykinqə artan maraq aktivə əlavə tələbat yaradır.
Qrafiklər nə deyir?
Texniki baxımdan hər iki kriptovalyuta hazırda durğunluq mərhələsindədir və zəif bərpa cəhdləri müşahidə olunur. Son bir ayda Ethereum 7,4% artaraq Bitcoin-i (2,5%) qabaqlayıb. Bununla belə, hər iki aktiv 2025-ci ildəki pik səviyyələrindən təxminən 50% aşağıdır.
Bu mərhələdə bir çox treyder tipik səhv edir. Yalnız qrafiklərə baxaraq “dib” nöqtəsini tapmağa çalışır. Halbuki hazırkı bazarda xəbərlər fonu və korporativ alışlar həlledici rol oynayır və təkcə texniki analiz kifayət etmir.
Məhz bu səbəbdən InvestingPro kimi alətlər daha geniş analitik imkanlar təqdim edərək investorların qərarlarını emosiyalara deyil, məlumatlara əsaslandırmasına kömək edir.
MONETAR.AZ