Azərbaycan və Belarus əməkdaşlığı genişləndirir

Azərbaycan və Belarus əməkdaşlığı

2026-cı il aprelin 7-də Minskdə iki ölkə arasında saziş imzalanıb. Gəncə Avtomobil Zavodunda Minsk Avtomobil Zavodu (MAZ) şassisi əsasında 100 ədəd yeni kommunal texnikanın yığılacaq. Bu barədə Trend məlumat yayıb.

Sənədi “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyinin Müşahidə Şurasının sədri Xanlar Fətiyev və “MAZ” ASC-nin baş direktoru Valeri İvankoviç imzalayıblar. Layihə İlham ƏliyevAleksandr Lukaşenko tərəfindən verilmiş tapşırıqlar çərçivəsində həyata keçirilir.

Kommunal texnika Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sifarişi ilə istehsal olunacaq və ölkə üzrə şəhər infrastrukturunun xidmətində istifadə ediləcək.

Bundan əvvəl, 2026-cı il martın 2-də texnikanın ilk partiyası Azərbaycan prezidentinə təqdim olunmuş və yüksək qiymətləndirilmişdi. Bu da əməkdaşlığın genişləndirilməsinə və yeni müqavilənin imzalanmasına təkan verib.

Xanlar Fətiyev qeyd edib ki, saziş tərəflər arasında yüksək etimadı və səmərəli tərəfdaşlığın inkişafını təsdiqləyir, eyni zamanda müasir tələblərə cavab verən məhsulların istehsalına imkan yaradır.

Layihə ölkənin kommunal texnika parkının yenilənməsinə və Azərbaycan ilə Belarus arasında iqtisadi əlaqələrin daha da möhkəmlənməsinə xidmət edir.